24 May 2014 09:37
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan paytaxtında şənbə günü səhər iki partlayış baş verib. Bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

Trend BBC telekanalına istinadən bu barədə Franspress agentliyi məlumat verir.

Birinci partlayış yerli vaxtla gecə saat iki radələrində İslamabad mərkəzinin yaxınlığında yerləşən şəhərin ticarət hissəsində baş verib.

Polisin yüksək vəzifəli nümayəndəsi Çadri Hafiz Hüseynin sözlərinə görə, hələ aydın deyil, terrorist özünü partladıb.

İkinci partlayıcı qurğu şəhərin digər hissəsində təxminən yarım saatdan sonra işə düşüb.
Polis nümayəndəsi Məhəmməd Əlinin bildirdiyinə görə, zərbə bomba qoyulmuş maşını bərk zədələyib, lakin heç kim xəsarət almayıb.

İndiyə qədər heç bir təşkilat baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.


Müəllif: