ABŞ polisinin daha bir irqçi davranışının görüntüləri yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qaradərili 20 gənc hovuz partisi keçirərkən ağdərili yaşlı qadın onlara etiraz edib. Qadın onları təhqir etməyə başladıqda isə 19 yaşlı gənc qız ona etiraz edib. Yaşlı qadın isə buna cavab olaraq, qıza sillə vurub və hadisə yerinə polis çağırıb. Təhlükəsizlik işçiləri irqçi davranışla qaradərili gəncləri yerə uzadıb. Polis qaçmağa çalışanlara qarşı elektroşokdan istifadə edib.
Baş verənlər mobil telefonun kamerasında əks olunub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir