“İranın Yəməndəki vəziyyətə təsiri “Əl Qaidə” terror qruplaşmasından daha təhlükəlidir”.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Yəmən prezidenti Əbd Mənsur Hadi açıqlayıb. Onun sözlərinə görə, İran Ərəb-Fars Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasının təşəbbüsünə daxildir.
Hadi bildirib ki, Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehinin İrana səfərinin əsas məqsədi Husilərin ölkədəki fəaliyyətini koordinasiya etmək olub. Prezidentlik dövründə Salehi şiə üsyançıların siyasi məsələlər üzrə müşaviri olub: “Salehi Husilərlə 10 maddədən ibarət razılıq əldə edib. Müqaviləyə əsasən onun oğlu Əhməd Əli Abdulla Salehi Husilərin siyasi lideri olmalı idi”.
Samir