8 İyun 2015 17:01
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu hökumətin iclasını çağırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclasda seçkinin nəticələrinin təhlili aparılacaq, koalisiya və ya müvəqqəti hökumətin seçim ehtimalları müzakirə ediləcək.

Yayılan məlumatlara görə, iclasdan sonra Davudoğlu bu gün və ya sabah istefa ərizəsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edəcək.

Ehtimallara əsasən, Ərdoğan yeni hökumət qurulana qədər Davudoğlunun vəzifədə qalmasını istəyəcək.

Nəticələr rəsmən elan olunduqdan beş gün sonra yeni parlament ilk iclasını keçirəcək və millət vəkilləri and içəcək. Andiçmə mərasimindən sonra Ərdoğan yeni hökuməti qurmaq üçün Türkiyə Böyük Millət Məclisindəki millət vəkillərindən biriniə tapşırıq verəcək.

Samir


Müəllif: