Almaniyanın Münhen şəhərində keçirilən “Böyük yeddilik” liderlərinin Zirvə toplantısının əsas gündəmində terrorla mübarizə və iqlim dəyişikliyi məsələsi olub.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel G-7 liderlərini qlobal istiləşməyə səbəb olan istixana qazlarının istifadəsinin azaldılması üçün lazımi tədbirlər görməyə çağırıb. İclasın sonunda yekun bəyannamənin qəbul edilməsi gözlənilir.
İngiltərə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderlərinin iştirak etdiyi iclasda həmçinin Ukraynadakı böhran, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə və qlobal iqtisadiyyat da müzakirə olunub.
Samir