Türkiyədə 3 qardaş arasında pul mübahisəsi qardaşlardan birinin ölümü digərinin ağır yaralanması ilə nəticələnib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murad Y. (38 yaş) ilə qardaşları Fərat Y. (36 yaş) və Orxan Y. (34 yaş) arasında pul üstündə mübahisə yaranıb. Mübahisə bıçaqlı davaya çevrilib. Yumruqlarla bir-birilərinə hücum edən qardaşlardan Murad özü ilə gətirdiyi bıçağı Orxanı ürəyinə sancıb. Digər qardaşı isə başından aldığı zərbəylə yerə yıxılıb.
Yaralılar xəstəxanaya çatdirilib. Vəziyyəti ağır olan Orxan dünyasını dəyişib. Fəratın durumu ağırdır.
Faciəni eşidən ana əsəb gərginliyi keçirib.
Qardaşlardan biri həbs edilib.
Rüstəm