9 İyun 2015 02:31
1 509

Türkiyə Braziliyanın 1915-ci il hadisələri ilə əlaqədar qərarını qınayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Braziliya Senatının 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları ilə əlaqədar tarixi həqiqətləri təhrif edən və beynəlxalq hüquqa zidd olan qərarı Türkiyənin etirazına səbəb olub.

Türkiyə XİN Braziliya Senatının qərarını "məsuliyyətsizlik nümunəsi" kimi qiymətləndirdiyini ifadə edib: "Erməni lobbisinin təsiri ilə qəbul edilən bu cür siyasi qərarların nə tarixi faktları, nə də hüquqi normaları dəyişdirməsi mümkündür. Bu barədə mövqeyimiz 3 iyun 2015-ci ildə Xarici İşlər Nazirliyinə çağırılan Braziliyanın Ankara səfirinə bildirilib. Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz də məsləhətləşmə üçün Ankaraya çağırılıb".

Nihad


Müəllif:
loading...