9 İyun 2015 09:50
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ məhkəməsi Cənubi Karolina əyalətində qaradərili Volter Skotu öldürən polis işçisi Maykl Slagerə hökm oxuyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, proses zamanı Şimali Çarleston şəhərində qaçmağa çalışan qaradərilini kürəyindən 8 dəfə atəş açaraq, öldürən Slagerin günahkar olduğu tam sübuta yetirilib.

Şahidlərin dindirilməsindən sonra məhkəmə cinayətin tam sübuta yetrildiyini açıqlayıb. Bundan sonra hakimlər veriləcək cəzanı müəyyən etmək üçün prosesi müəyyən müddətlik təxirə salıb. Slagerin 30 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər