9 İyun 2015 12:40
2 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə polis 14 yaşlı qıza təcavüz etməkdə sübhəli bilinən 30 nəfəri saxlayıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir itən qızın ailəsi uşaqlarının İ.Ş. ilə N.R.-nin yanında olduğunu müəyyən edib.

Evə gedərək "qızımız buradadı, aparmağa gəlmişik" deyən ailə «yox» cavabı alıb. Ailə bundan sonra polisə müraciət ediblər.

Əməliyyat keçirən polis İ.Ş. və N.R.-i qaçmaq istəyərkən həbs edib. Təcavüzə məruz qaldığı güman edilən qızın verdiyi ifadədən sonra polis geniş miqyaslı əməliyyat keçirib.

Əməliyyat nəticəsində şübhəli qismində 30 nəfər həbs edilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Rüstəm


Müəllif: