9 İyun 2015 15:54
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin vitse-prezidenti, Avstriya yaşıllarının rəhbəri Ulrike Lunaçek anti-Azərbaycan fəaliyyətində artıq bütün mümkün sərhədləri aşaraq ifratın ən son həddinə çatıb. Küçə etirazları, Avropa Parlamentində müxtəlif tədbirlərin təşkili, bəyanatların, müsahibələrin verilməsi və s. artıq keçilmiş mərhələdir. İndi də o və bir qrup tərəfdaşı "siyasi məhbus" yarlığı yapışdırılmış Azərbaycan vətəndaşlarının rəsmləri əks olunan köynəklər geyinərək, Avroparlamentin tribunasında siyasi dəllallıqlarını davam etdirirlər. İyunun 8-də Avropa Parlamentinin plenar sessiyasının açılış iclasında üçüncü ölkələrdə insan haqları, demokratiya və qanunun pozulması halları haqqında qətnamələrin hazırlanması barədə debatlar, yəqin ki, hələ yaddaşlardan uzun müddət silinməyəcək. Çünki bu günə kimi heç bir deputat qrupu parlament kimi mühüm siyasi arenanı sirkə çevirə bilməmiş, heç bir siyasətçi isə klounluq peşəsini bu qədər təqlid etməyi və populyarlaşdırmağı bacarmamışdı. Bu mənada Avropa Parlamentində U.Lunaçek başda olmaqla bir qrup deputatın fəaliyyətini anti-parlamentarizmin bariz nümunəsi hesab etmək olar.

Sessiyanın açılışında çıxış edən 57 yaşlı Ulrike Lunaçek Azərbaycanda guya 100-dən artıq "siyasi məhbus"un olduğunu, söz azadlığının pozulduğunu, jurnalistlərin susdurulduğunu və s. iddia edərək, avropalı siyasətçiləri Azərbaycana təzyiqi artırmağa çağırıb.

Bundan əvvəl isə çıxışlarının birində Lunaçek mənsub oduğu ölkənin siyasətçilərinə, həmçinin Milli Olimpiya Komitəsinə də Bakıya getməməyi tövsiyə etmişdi.

Lunaçekin Azərbaycana qarşı siyasi məhbus iddiasının arxasında hansı məqamların dayandığını anlamaq o qədər də çətin deyil. Onun şəxsi xarakteristikası da bir çox suallara cavab tapmağa imkan verir. Belə ki, AP-də tutduğu vəzifə ilə yanaşı, Lunaçek LGBT (lezbiyan, gey, biseksual, transseksual) hüquqları üzrə qruplararası komitəsinin rəhbədir. Cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan Linaçekin siyasətə gələn yolu da məhz buradan keçib.

Lunaçek Avropa Birliyi ölkələrində 4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropanın özündə böyük qınaqla qarşılanıb.

Lunaçekin azadlıq anlayışı

Ulrike Lunaçek Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə nümayəndə heyətinin üzvüdür. Lakin onun fəaliyyəti dövründə daim Ermənistanın vəkili kimi çıxış etdiyi müşahidə olunub. Bu ilin 15 aprel tarixində AP-də qondarma "erməni soyqırımı" müzakirə edilərkən, Türkiyəni "öz tarixi ilə barışmağa", qondarma "soyqırımı" tanımağa çağırmışdı. Azərbaycan torpaqlarının işğalını, bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarını bir kənara qoyan Lunaçek işğal altındakı torpaqlarımıza buraxılmayan avstriyalı jurnaslitlərə görə Avstriya xarici işlər nazirini Azərbaycana səfərdən imtina etməyə çağıran şəxsdir. O, bunu söz azadlığının boğulması kimi də qələmə vermişdi.

Onu da qeyd edək ki, son zamanlar ermənipərəstlik Avropa Parlamentində yalnız Lunaçekin və onun yaxın ətrafı olan gey və lezbiyanların tutulduğu xəstəlik deyil. Hələ 2014-cü ilin iyununda Avropa Parlamentinin digər vitse-prezidenti Yaçek Protaseviç işğal olunmuş Azərbaycan torpaqlarına səfər etmişdi. Anspress-in erməni mətbuatına istinadən verdiyi məlumatda bildirilmişdi ki, qondarma "DQR-in "prezidenti" Bako Saakyan Yaçek Protaseviçlə görüşüb və hətta Avropa institutları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini də deyib.

Lunaçeki ermənilərlə nə birləşdirir?

Əslində, siyasi oriyentasiyasında problemlər olan, həmçinin separatizmə meylli bu qadının ermənilərə olan sevgisi və buradan qaynaqlanan Azərbaycan düşmənçiliyi təəccüblü deyil. Burada separatizm faktoru əsas paya sahibdir. Lakin kiçik bir detal da nəzərdən qaçmamalıdır: Lunaçek lezbiyan olaraq seksual azlıqların "xilaskarı" kimi çıxış edir. Tarixdə zaman-zaman seksual azlıqlar da erməni adı ilə assosasiya olunur.

Erməni "milli qəhrəmanlarının" əksəriyyəti haqda öz mənbələrində "mavi" olaraq bəhs olunur. Misal üçün, Andranik, Qaregin Njde və digərləri haqda belə informasiyalar mövcuddur. Hətta onların seksual oriyentasiyası ilə bağlı yuxarı instansiyalara məlumat verilməsi erməni mənbələrində əksini tapıb.

Buradan da Azərbaycana qarşı qondarma ittihamlar irəli sürən bu qoca lezbiyanın "erməni sevdası"nın mənbəyi aydın olur.

Bütün bunlara görə, əslində Lunaçek kimilərin Azərbaycanı təqdir etməsi bizim üçün təhqir olardı.


Müəllif:

Oxşar xəbərlər