9 İyun 2015 21:35
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin cənubunda Asuan şəhəri ərazisində arxeoloqlar tərəfindən qədim Misir epoxasına aid altı sərdabə tapılıb.

Onların yaşı təxminən 2,5 min ildir. Bu barədə məlumatı yerli KİV-lər Misirin qədim abidələr və mədəni irs naziri Mamdux əd-Damatiyə istinadla verirlər.

Sərdabələrdə mumiyalar, habelə saxsı qablar və tanrıların taxta heykəlləri tapılıb. Hər sərdabə 3-4 otaqdan ibarətdir. Onlara pilləkənlə enmək mümkündür. Eksponatlar Misir fironlarının 26-cı sülaləsinə aiddir.


Müəllif:

Oxşar xəbərlər