10 İyun 2015 00:37
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qahirənin cinayət məhkəməsi Port-Səid stadionunda baş vermiş faciə ilə əlaqədar iş üzrə ittiham olunan 11 nəfəri ölüm cəzasına məhkum edib. Qalan iştirakçılar 5 ildən 15 ilədək müxtəlif həbs cəzası alıblar. 21 müttəhimə bəraət verilib.

Yerli KİV-lər xəbər verirlər ki, bu ilin aprelində məhkəmə ölüm hökmünün qanuniliyi barədə Misir müftisinin fikrini öyrənib və ittihamlara baxılmasına dair bugünkü yekun iclasında məhkəmənin hökmü təsdiqlənib.

Xatırladırıq ki, stadionda faciə 2012-ci ilin fevralında “Əl-Əhli” və “Əl-Mari” klubları arasında futbol matçından sonra baş verib. Kütləvi vuruşma və meydanın çıxışında yaranmış basırıq nəticəsində 74 adam həlak olmuş, daha 300 nəfər yaralanmışdı.

Nihad


Müəllif: