10 İyun 2015 08:55
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Qahirədəki səfirliyinin əməkdaşı terrorçu qruplaşma ilə əlaqədə olmaqda şübhəli bilinərək Misir təhlükəsizlik qurumları tərəfindən həbs edilib.

Bu barədə “Daily News Egypt” nəşri məlumat yayıb.

“Biz təsdiqləyirik ki, Misir vətəndaşı olan səfirliyin əməkdaşı xüsusi xidmət orqanları tərəfindən həbs edilib. İttihamların irəli sürülməsi və hüquqi prosesə dair digər addımların atılması kimi məsələlər ilə bağlı biz Misir nümayəndələri ilə daim təmasdayıq”, deyə səfirlikdən bildirilib.

Məlumata görə, həbs edilən 42 yaşlı şəxsin adı Əhməd Əlidir. Onun səfirliyin mühafizə sistemində çalışdığı bildirilir.

Prokurorluq onun “Heluan briqadaları” terror qruplaşması ilə əlaqəli olduğunu iddia edir. Polisin məlumatına görə, o nəinki qruplaşmasının lideri, hətta 13 hücumun birbaşa iştirakçısı olub.


Müəllif:

Oxşar xəbərlər