Keçmiş sevgilisinin başqası ilə görüşməsini "həzm" edə bilməyən 45 yaşlı Türkiyə vətəndaşı Yusif Gülverdi silaha əl atıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabiq xanımının olduğu maşına atəş açıb. Başından güllə yarası alan 36 yaşlı Cüneyd Fəhmi Qorxmaz dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, barda keçmiş sevgilisini başqa bir oğlanla görən Yusif onları izləyib. Güllələrdən biri Qorxmazın başına dəyib. Gənc qadın xəsarət almayıb.
Hadisə yerindən qaçan Gülverdi xəstəxanaya zəng edərək "Əgər ölməyibsə xəstəxana gəlib yenidən vuracağam" deyib.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm