Hakerlər iyunun 10-da Litva Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının saytını sındırıblar.
Teleqraf.com "Delfi"yə istinadən xəbər verir ki, hakerlər portalda Kalininqradın ilhaq edilməsi barədə planları yerləşdiriblər.
Xəbər verildiyi kimi, iyunun 1-də NATO-nun Baltikyanı ölkələrdə və Polşada başladığı "Qılınc Zərbəsi" təlimləri bu plan üçün hazırlıq hərəkətlərinə xidmət edir.
Bir qədər sonra Birləşmiş Qərargahın saytından məlumatlar silinib. Müdafiə Nazirliyininin mətbuat katibi Viktoriya Çeminite bunun haker hücumu olduğunu bildirib. Onun sözlərinə görə, hazırda analitiklər müdaxilə faktını araşdırırlar.
Qeyd edək ki, "Qılınc Zərbəsi 2015" təlimləri Estoniya, Latviya, Litva və Polşa ərazisində keçirilir və iyunun1-dən 19-dək davam edəcək. Təlimlərə 13 ölkədən təxminən altı min hərbçi cəlb olunub.
Rüstəm