11 İyun 2015 14:45
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə yerli qüvvələrə təlim keçmək məqsədilə İraqa daha 450 təlimçi göndərəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib. ABŞ prezidenti Barak Obama bu qərarı İraqın baş naziri Heydər Əl-Abadinin xahişindən sonra verib.


Qoşunlar Anbar əyalətinin Taqaddum hərbi bazasında məskunlaşacaqlar: “Təlimçilər İraq qoşunlarının hərbi hazırlığlını yüksəldilməsinə, hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsinə kömək edəcəklər”.

Qeyd edək ki, İŞİD Ramadini may ayında ələ keçirib.

Samir


Müəllif:

Oxşar xəbərlər