Ağ ayılar ovladıqları delfini qar altında saxlamaqla əti tədarük etməyi öyrəniblər.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Norveç alimləri ilk dəfə belə bir halın şahidi olduqlarını bildiriblər. Ayı tutduğu ovun qalan hissəsinin təbii soyuducu olan qarın altında gizlədir. Bu barədə "New Scientist" nəşri məlumat yayıb.
Sonrakı aylarda bioloqlar ən azı beş belə hadisənin şahidi olublar.
Kanadalı alim Yen Stirlinq isə ayıların bu hərəkətində təəccüblü bir halın olmadığını deyib:
"Onlar istənilən ovu yeməyə hazır olan yırtıcılardır. Daha çox delfinlərin buza əsir düşməsi təəccüblüdür. Onlar qış gələnə qədər cənuba yola düşməyə macal tapmayıblar".
Rüstəm