11 İyun 2015 15:35
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Cenevrədə Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr və müxalifət arasında keçirilən sülh danışıqlarının vaxtı iyul ayına qədər uzadılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisindən bildirilib. Açıqlamaya görə, növbəti görüşdə də hansısa razılığın əldə ediləcəyinə ümid azdır.

Birləşmiş Millətlər Təşkilatının Suriyadakı xüsusi nümayəndəsi Staffan De Mistura Suriyadakı qarşıdurmaların tez bir zamanda sona çatmasının vacib olduğunu söyləyib.

Samir


Müəllif: