Türkiyənin Mərmərə, Ağdəniz və Egey bölgələrində güclü zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, İstanbul, İzmir, Çanaqqala şəhərlərdə də hiss olunan zəlzələdə əhali təşviş içində küçələrə axışıb.
Gökçeada və Şarköydə yaralıların olduğu bildirilir. Zəlzələni hiss edən 6 nəfər həyəcandan özlərini eyvandan aşağı atıblar.
Zəlzələnin gücündən bəzi mağazaların şüşəsi sınıb.