24 May 2014 21:05
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nın Kaliforniya ştatının Santa-Barbara şəhərində avtomobilin pəncərəsindən açılan atəş nəticəsində 7 nəfər həlak olub.

Bu barədə ABŞ polisi məlumat verib. Qalmaqal Santa-Barbara universitetinin tələbə şəhərciyində baş verib.

Elliot Rocers adlı tələbə qadınlardan bu yolla qisas alıb. 22 yaşlı gənc qızların diqqətindən kənar qaldığına və həyatında qadın olmadığına görə bu yolla qisasını alıb. Polisin məlumatına gorə, atəş acan tələbə həlak olub.

Polis hadisə zamanı 7 nəfərin öldüyünü və eyni sayda insanın yaralandığını bildirib.

Qeyd edək ki, Santa-Barbara universitet şəhəridir və ABŞ teleefirinin ən məşhur "sabun köpüyü" serialı bu şəhərdən bəhs edir./anspress/


Müəllif: