Azərbaycana gəlməyə hazırlaşan qadın hava limanında öldü. ANS PRESS-in Qazaxıstan mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Aktau hava limanında qeydə alınıb.
Ölümə səbəb onkoloji xəstəlik olub.
Təyyarəyə minmək üçün aeroporta gələn qadının vəziyyəti birdən pisləşib. Saat 20:00-da təcili tibbi yardıma xəbər verilib. Qadının adı açıqlanmasa da 46 yaşı oduğu bildirilir.
Məlumata görə, ölən qadın Aktau sakini olub. Xərçəng xəstəsi olub. "Belə xəstələrə təyyarəyə minmək ümumiyyətlə qadağandır. Lakin buna baxmayaraq o doğma vətəninə getmək istəyib. Hava limanı işçiləri ona təyyarəyə minməyə icazə verməyiblər. Təyyarə havaya qalxandan 8 dəqiqə sonra qadın keçinib", deyə həkimlər bildiriblər.