Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru Dominik Stross Kan qadın alveri ittihamı ilə çıxarıldığı məhkəmədə günahsız bilinib.
Qərarı Fransanın Lill şəhər məhkəməsi verib. Məhkəmə bildirib ki, məşhur iqtisadçının kütləvi tədbirlərə fahişələri cəlb etməsinə inanmır. Stross Kanın işində 13 nəfərin adı hallanırdı.
Məhkəmə dinləmələrində sabiq məmurların kütləvi orgiyalarda iştirakı kimi hallar səsləndirilmişdi. Sabiq prezident kef məclislərində iştirak edən qadınların fahişələr olduğunu inkar etmişdi.
BVF-nin direktoru 2011-ci ildə Nyu-York mehmanxanasında zorlamada ittiham olunandan sonra vəzifəsindən istefa vermişdi.
Nihad