13 İyun 2015 09:17
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının 13-də ABŞ-ın Dövlət Departamentinin konsul xidmətləti ofisi texniki nasazlıqlara görə öz səfirliklərində viza və xarici pasportların verilməsini dayandırıb. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

Qərarın səbəbi məlumat bazasınını özündə saxlayan qurğunun işləməməsi olub. Sənədləşmə ilə bağlı müraciət edən şəxslər, çox guman ki, gecikmələrlə üzləşəcəklər.

Qeyd olunub ki, problem ancaq ABŞ-ın xaricdəki nümayəndəliklərində yaşanır.

Departamentdə problemin tezliklə həll olunması üçün çalışdıqlarını bildiriblər və sistemin tez bir zamanda işləyəcəyinə ümid etdiklərini deyiblər.


Müəllif:

Oxşar xəbərlər