24 May 2014 21:57
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsselin mərkəzində yerləşən yəhudi muzeyinin qabağında atışma olub. Hadisənin antisemintizmlə bağlı olduğu bildirilir.

Teleqraf.com bildirir ki, hadisə nəticəsində üç nəfər həlak olub, bir nəfər isə ağır yaralanıb. Hadisənin baş verdiyi Sablon rayonu polis tərəfindən əhatəyə alınıb. Hadisə yerində təcili yardım briqadası işləyir.

Məlum olub ki, atəş açan şəxsin əlində kiçik çanta olub. O, hadisə yerindən qaçıb. Belçika daxili işlər naziri Joel Milke hadisəni antisemintizmlə bağlı olduğunu bildirib. Olayla bağlı araşdırmalar davam edir.


Müəllif: