14 İyun 2015 16:32
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Azərbaycan prezidentlərinin danışıqları müsbət nəticələnib, ikitərəfli münasibətlərin və beynəlxalq işlərin bütün kompleksi müzakirə edilib. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Rusiya liderinin mətbuat katibi deyib: “Danışıqlar çox müsbət məcrada keçib. Rusiya Prezidenti Vladimir Putin səfərini çox müsbət və xoş təəssüratlarla başa çatdırıb”.

Onun sözlərinə görə, Rusiya dövlət başçısı birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Bakıya səfəri çərçivəsində bir neçə formatda Rusiya-Azərbaycan danışıqları olub: əvvəlcə xarici işlər nazirlərinin və xarici siyasət məsələləri üzrə köməkçilərin iştirakı ilə görüş, sonra nümayəndə heyətləri formatında danışıqlar və nəhayət, prezidentlərin ikitərəfli görüşü keçirilib.

Rusiya ilə Azərbaycanın ənənəvi qarşılıqlı əlaqələrinin dolğun olduğunu vurğulayan D.Peskov deyib: “İkitərəfli münasibətlərin və beynəlxalq məsələlərin bütün kompleksi müzakirə edilib”.


Müəllif:

Oxşar xəbərlər