24 May 2014 23:31
870

Ən çox ömür uzanan 6 ölkə: Liberiya, Efiopiya, Maldiv adaları, Komboca, Timor-Leste və Ruanda

Səhiyyə Təşkilatı bir çox ölkələrdə orta ömür uzunluğunun artdığını bildirib.

Teleqraf.com bildiri ki, bu məsələdə aşağı gəlirli ölkələrdə daha böyük irəliləmə müşahidə olunur.

Dünya Səhiyyə Təşkilatının bölmə rəhbəri Ties Boerma bildirib ki,1990-cı ildən bəri uşaq ölümləri 47 faiz, ana ölümləri 45 faiz azalıb. QİÇS, vərəm və başqa xəstəliklərin səbəb olduğu ölümlər də azalıb. Həmçinin siqaret çəkənlərin azalmasıda ömür üzanmasına bəhrəsini verib.

Onun sözlərinə görə, ən çox ömür uzanan 6 ölkə bunlardır: Liberiya, Efiopiya, Maldiv adaları, Komboca, Timor-Leste və Ruanda. Dünyanın ömur uzunluğu ən yuksək olan ölkələri isə kişilər arasında İslandiya (81il), qadınlar arasında isə Yaponiya (87 il) sayılır.


Müəllif: