25 May 2014 10:38
619

İran həbsxanalarında cəza çəkən məhbusların 44 faizi narkotiklərlə bağlı cinayətlərdə təqsirli bilinir.

Bunu İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli ötən axşam Kürdistan əyalətində Narkotiklərlə mübarizə Şurasının iclasında çıxışı zamanı deyib.

Trend-in məlumatına görə, bu barədə İranın Fars agentliyi məlumat yayıb.

Ə. Rəhmani-Fəzli deyib ki, hazırda rəsmi statistikaya görə, ölkədə 1.5 milyon nəfər narkotik istifadəçisi var, lakin qeyri rəsmi statistika bu rəqəmin 3 milyon nəfərdən çox olduğunu göstərir.

Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, ölkədə narkotik maddələrin, xüsusilədə daha təhlükəli narkotik vasitələrin istifadəsi artıb. İranın şərq sərhədlərində, xüsusilə Əfqanıstanın işğalından sonra narkotik istehsalı iki-üç dəfə artıb. Bəzi qeyri rəsmi statistikalara görə İranda narkotik istifadəçilərin sayı 7 milyon nəfər təşkil edir.

İranın daxili KİV-lərinin məlumatına əsasən, hazırda ölkə həbsxanalarında saxlanılan şəxslərin 50 faizi narkotik maddələrin istifadəsi və qaçaqmalçılığında ittiham olunaraq saxlanılır. Bu rəqəm İranın bəzi əyalətlərində 65 faiz təşkil edir.


Müəllif: