Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanındakı qaz borusu zərər görüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, məhz şəhərin mərkəzi bazar günü baş vermiş güclü daşqının episentri olmuşdu.
"Kaztransqaz" şirkətinə qaz borusunun zədələnməsi barədə məlumat verilib. Şirkət əməkdaşları borunun zədələnmə səbəbini araşdıracaq və onu bərpa edəcəklər.
Xatırladaq ki, iyunun 14-də Gürcüstanın paytaxtında baş vermiş güclü daşqın nəticəsində 15 nəfər ölüb, 7 nəfər isə itkin düşüb.