Hazırda “Facebook” şirkətinin “Messenger” mobil tətbiqinin aylıq istifadəçilərinin sayı 700 milyona çatıb. Bu haqda investorlarla illik görüş zamanı şirkətin baş direktoru Mark Zukerberq məlumat verib.
Mobil tətbiqin sosial şəbəkədən ayrılmasından 7 ay ötüb. Bu müddət ərzində xidmətin auditoriyası 200 milyon artıb. Cari il mart ayının sonunda bu göstərici 600 milyon təşkil edib.