Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl vəfat etdi.
Qeyd edək ki, mayın 13-də səhiyyətinin pisləşməsi ilə əlaqədar Dəmirəl xəstəxanaya yerləşdirilmişdi.
Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Xəstəxananın məlumatında bildirilir.
Xəstəxananın yaydığı məlumatda bildirilir:
"Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə Xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik".
Allah rəhmət eləsin!