17 İyun 2015 09:07
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Muğla vilayətinin Marmaris rayonunda istefada olan polis rəisinin başından güllələnmiş vəziyyətdə cəsədi aşkarlanıb.

ANS PRESS-in yerli mətbuat istinadən verdiyi xəbərə görə, rayonun Armutalan məhəlləsi sakinləri yolda, ağacların altında bir kişinin yatdığını görərək bu barədə polisə məlumat veriblər. Hadisə yerinə gedən polislər həmin şəxsin başından güllələnərək öldürüldüyünü müəyyən ediblər. Həmçinin məlum olub ki, öldürülən şəxs bir müddət istefaya ayrılan 57 yaşlı polis rəisi Vedat Merandır. Aparılan incələmələrdən sonra Meranın cəsədi Marmaris dövlət xəstəxanasının morquna aparılıb. Polislər hadisə yerində bir tapança da aşkarlayıblar.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.


Müəllif:

Oxşar xəbərlər