17 İyun 2015 19:53
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın iyunun 17-də Rusiyaya nəzərdə tutulan səfəri təxirə salınıb.

Türkiyə mətbuatının məlumatına görə, o iyunun 18-20-də Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməli və "Türk axını" kəməri ilə bağlı danışıqlar aparmalı idi.

Səfər çərçivəsində Taner Yıdızın Rusiyanın energetika naziri Aleksandr Novak və “Qazprom” un rəhbəri Aleksey Millerlə görüşü nəzərdə tutulurdu.

Səfərin təxirə salınmasının səbəbi hələlik bəlli deyil.


Müəllif:

Oxşar xəbərlər