Moskva Şəhər Məhkəməsi ötən il Türkiyənin Moskvadakı səfirliyinə atəş açdığına görə cəza çəkən Artur Mirzoyanı amnistiya əsasında azad edib. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə Mirzoyanın vəkilinin apelyasiya şikayətinə baxıb və amnistiya ilə azad edib. Bundan əlavə, ilk instansiya məhkəməsi dustağın iki azyaşlı uşağının olmasını nəzərə almayıb”, - deyə mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, 43 yaşlı Artur Mirzoyan səfirliyə ov tüfəngindən atəş açmışdı. Türkiyənin gerbini hədəf götürən erməni ona doğru iki atəş açmışdı. 3 aprel 2015-ci ildə Moskvanın Xamovniçeski Məhkəməsi onu cəzasını məntəqə tipli həbsxana çəkməklə iki illiyə azadıqdan məhrum eləmişdi.
Musavat.com