18 İyun 2015 09:23
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Karolina ştatında naməlum silahlı şəxs kilsəyə daxil olaraq 8 nəfəri qətlə yetirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The State nəşri məlumat yayıb.

Məlumata görə, insident Çarlston şəhərində qeydə alınıb.

Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.

Məlumata görə, hadisə yerinə altı təcili yardım maşını cəlb olunub.


Müəllif: