18 İyun 2015 23:42
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının parlamenti keçmiş ədliyyə naziri Xvan Qe Anı Baş nazir postuna təsdiqləyib.

Onun namizədliyinin lehinə 156, əleyhinə 120 nəfər səs verib, iki nəfər bitərəf qalıb.

Xatırladaq ki, kabinetin keçmiş başçısı Li Van Qu may ayının sonlarında rüşvətxorluq ittihamları fonunda öz postunu tərk etmiş, Baş nazir postu isə iqtidarla müxalifət arasında fikir ayrılıqları səbəbindən təxminən bir aya qədər boş qalmışdı.

Yeni Baş nazir əsas vəzifəsinin Cənubi Koreyada indiyədək 23 nəfərin ölümünə səbəb olan Yaxın Şərq respirator sindromu (MERS) koronovirusunun yayılmasına qarşı mübarizə aparmaq olduğunu bəyan edib.


Müəllif:

Oxşar xəbərlər