ABŞ prezidenti Barak Obama növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar Ukrayna xalqını təbrik edib və qalib gələn şəxslə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, Obama Ukrayna xalqının səsinin eşidildiyini bildirib: "ABŞ növbəti prezident və demokratik yolla seçiləcək parlamentlə işləməyə hazırdır. Bu əməkdaşlıq vacib siyasi və iqtisadi islahatlar həyata keçirəcək Ukraynanın dəstəklənməsinə yönələcək".
Obamanın sözlərinə görə, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.
Exit-pollun nəticələrinə görə, Ali Radanın deputatı, iş adamı Petr Poroşenko Ukraynada növbədənkənar prezident seçkisində seçicilərin 55,9 faizinin səsini alaraq, liderlik edir . İkinci yerdə 12,9 faiz səslə "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko gəlir.
Fidan