21 İyun 2015 23:40
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna münaqişəsi həll olunmayınca Moskva və Vaşinqton arasındakı münasibətlər inkişaf etməyəcək.

APA-nın "The Financial Times" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

"ABŞ dövlət katibi Con Kerrinin Soçidə Rusiya prezidenti Vladimir Putin, XİN rəhbəri Sergey Lavrovla görüşməsi, dostluq şəraitində detallı danışıqlar aparması yaxşıdır... Lakin Ukrayna münaqişəsi həll olunmadan münasibətlərimizin möhkəmlənəcəyini düşünmək sadəlövhlükdür", - deyə S. İvanov qeyd edib.


Onun sözlərinə görə, ABŞ anlayır ki, Ukraynada vəziyyət nəzarətdən çıxır.


Müəllif:

Oxşar xəbərlər