Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yeni tərkiblə ilk iclasını keçirib. Parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasını təmsil edən ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutub.
İclas qanunverici orqanın üzvlərinin andiçməsi ilə başlayıb. İyunun 28-də TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə keçiriləcək.
Xatırladaq ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilmiş növbəti seçkilərin nəticələrinə görə, Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Millətçi Hərəkat və Xalqların Demokratik partiyaları yeni parlamentdə təmsil olunurlar. Hakim Ədalət və İnkişaf Partiyası 258 mandatla yeni parlamentdə çoxluq təşkil edir.