24 İyun 2015 08:22
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın başçısı Ramzan Kadırov özünün Instagram sosial şəbəkəsindəki şəxsi səhifəsinə ona yazılmayan istifadəçilərə girişini bağlayıb.

İndi Kadırovun foto şəkillərini ancaq onun səhifəsinə yazılan istifadəçilər izləyə bilər. Bura giriş icazə almaq üçün xahiş göndəriləndən sonra mümkün ola bilər. Hal-hazırda Çeçenistan başçısının Instagram səhifəsinə bir milyondan çox istifadəçi yazılıb.

Kadırov Instagramda öz şəxsi səhifəsini açanda, ona giriş ancaq yazılan istifadəçilər üçün icazəli idi. Lakin bir müddət sonra giriş hamı üçün açıq oldu.

Bu dəfəki qadağanın nə ilə əlaqədar olduğu bildirilmir. Ramzan Kadırov Instagramda tez-tez foto şəkillər yerləşdirir və bəyanatlar verir. Misal üçün, Qroznıda “İşgəncələrə qarşı komitə” hüquq təşkilatının ofisinə hücumdan sonra Kadırov Instagramda təxmin edib demişdir ki, hüquq müdafiəçiləri özləri bu hücuma təkan vermiş ola bilərlər.


Müəllif:

Oxşar xəbərlər