Yerevanda nümayişçilər Ermənistan prezidentindən elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarın ləğv edilməsini tələb ediblər. Trend bu barədə TASS-a istinadən xəbər verir.
Etirazçılar gün ərzində baş nazir və ya parlament sədrindən cavab gözləyirlər.
Qeyd edilib ki, tələbin hazırlanmasında hüquqşünaslar, energetiklər və iqtisadçılar iştirak edib.
Xatırladaq ki, ötən gündən etibarən elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı etiraz aksiyası Yerevanın mərkəzi küçələrindən biri – Marşal Baqramyan prospektində keçirilir. Küçə plastmas zibil çənlərindən düzəldilmiş barrikadalarla bağlanıb. Aksiya iştirakçıları polisin çənləri yerinə qaytarmaq çağırışına məhəl qoymayıb.