24 İyun 2015 12:21
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə yeniyetmələr arasında Çinin Nanjing şəhərində keçirilən Olimpiya oyunlarında İran komandasına qızıl medal qazandıran Ramin Səfəviyyə hazırda restoranda qab yümaqla məşğuldur.

Ramin Səfəviyyə İSNA xəbər agentliyinə müsahibəsində bildirib ki, Jüdo Federasiyası Nanjing Olimpiya Oyunlarından sonra ona heç bir maddi dəstək verməyib. “Onlar məni taleyimlə baş-başa buraxdılar. Hazırda dolanışıq üçün atamın işlədiyi restoranda qab yuyuram”-deyə o bildirib.

O həmçinin İran Jüdo Federasiyasnın ona yardım etmədiyini deyib. “İranın Jüdo Federasiyası deyib ki, biz sənə maaş verə bilmərik, əgər istəsən, komanda məşqlərində iştirak edə bilırsən. Lakin atam bundan artıq mənə maddi dəstək verə bilmədiyi üçün işləmək məcburiyyətindəyəm. İndi restoranda qab yumaqla məşğulam” deyə Ramin Səfəviyyə bildirib

Olimpiya çempionu maddi problemlər üzündən Jüdo idmanını buraxıb ayda 800 min tümən (230 dollar) maaşa restoranda çalışır.

Olimpiya Oyunlarında Jüdo üzrə İranın yeganə qızıl medal gətirmiş Ramin Səfəviyyə Qəzvin şəhərindəndir.

Qəzvin vilayətinin böyük əksəriyyətini Azərbaycan Türkləri təşkil edir.

Ramin Səfəviyyə


Müəllif:

Oxşar xəbərlər