26 May 2014 11:17
616

Mayın 18-də Ukrayna güc strukturları tərəfindən saxlanılan “LifeNews” Rusiya media holdinqinin müxbirləri Oleq Sidyakin və Marat Sayçenko sərbəst buraxılaraq, Qroznıya gətiriliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov öz “İnstaqram” səhifəsində xəbər verib. “LifeNews” saytı da Çeçen lider Ramzan Kadırovun jurnalistlərin azad edilməsində aparıcı rol oynadığını qeyd edib.

“Çeçensitan nümayəndələri bir neçə gün ərzində Ukrayna rəsmiləri ilə çətin danışıqlar aparıblar”, - deyə, “LifeNews” xəbər verib. Ukrayna rəsmiləri Rusiyalı jurnalistləri “terrorçuluğa yardım etməkdə” şübhəli bilərək, Kramatorsk şəhəri yaxınlığında saxlamışdılar. Kiyev rəsmiləri jurnalistlərin saxlanmasını, onların yaraqlıları müşayət etməsi ilə əsaslandırırdılar.

“LifeNews” şirkətinin baş redaktoru Anatoli Suleymanov “Rossiya-24” telekanalının efirində Rusiyalı jurnalistlərə qarşı rəsmi itihamın irəli sürülmədiyini qeyd edib.

Ülviyyə


Müəllif: