Dünyanın mətbuat orqanları Yerevanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı kütləvi etiraz aksiyalarının keçirilməsinə geniş yer veriblər.
Trend-in məlumatına görə, Böyük Britaniyanın BBC saytı yazır ki, Yerevanda ən azı 6000 etirazçı prezident iqamətgahına doğru yürüş keçirməyə cəhd edib.
"New York Times" isə xatırladır ki, Yerevanda ardıcıl iki gecədir etiraz aksiyaları davam edir, 200-dən çox etirazçı saxlanılıb.
AFP qeyd edir ki, Yerevanın Azadlıq meydanı etirazçılarla doludur, onlar "rüsvayçılıq" deyə qışqırırlar.
"Wall Street Journal" qəzeti də etirazçıların prezident iqamətgahı yaxınlığında toplaşdığını yazır. Onlar iqtisadi çətinliklərdən narazıdırlar.