24 İyun 2015 23:52
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici dövlətlərin ərazisində terrorçu təşkilatlar kimi tanınan qruplaşmaların tərəfində döyüşən tacikistanlılar vətəndaşlıqdan məhrum ediləcəklər.

Çərşənbə günü ölkə parlamentinin deputatları Tacikistan hökumətinin "Vətəndaşlıq haqqında" qanuna təklif etdiyi müvafiq əlavələri yekdilliklə qəbul ediblər.

Keçən həftə Tacikistan prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Mərkəzi Asiya dövlətləri vətəndaşlarından ibarət silahlı qruplaşmalar tərəfindən gələn ciddi təhlükə barədə bəyanat vermişdi.

Tacik xüsusi xidmət orqanlarının verdiyi məlumata görə, hazırda Əfqanıstanla sərhəddə Taliban hərəkatının və cihadçı "İslam dövləti" qruplaşmasının 2000-ə yaxın silahlısı yerləşib.

Bundan əvvəl məlum olub ki, Tacikistan Daxili İşlər Nazirliyinin xüsusi dəstəsinin keçmiş komandiri Gulmurod Khalimov "İslam dövləti" qruplaşmasının silahlılarına qoşulub. Mayın sonunda sosial şəbəkələrdə onun yazdırdığı video mesaj yayılmışdı.

Burada o Tacikistan rəhbərliyini müsəlmanları təqib etməkdə günahlandırmışdı və hüquq-mühafizə orqanlarının işçilərini habelə Tacik əmək miqrantlarını özünün nümunəsindən ibrət götürməyə çağırmışdı.


Müəllif: