26 İyun 2015 01:10
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın “Atelyerin Arxitekten” memarlıq şirkətinin mütəxəssisləri Reusel şəhərinin parkında 25 metr hündürlüyündə müşahidə qülləsinin tikintisi işlərini yekunlaşdırıblar.

Qüllənin strukturu bir-birinin üzərinə bərkidilmiş 6 polad kubşəkilli “yeşik”dən ibarətdir. Bu “yeşik”lərin 2-si ziyarətçilər üçün tam açıqdır. Üçüncüsündə isə funikulyoru işə salan platforma yerləşdirilib.

Qüllənin divarları yaxındakı meşədə yetişdirilən ağac gövdəsindən hazırlanıb. Ziyarətçilərə məsləhət görülür ki, avtomobillərini kənarda saxlayaraq, təbiəti piyada, velosipedlə və ya atla seyr etsinlər.

Müşahidə qülləsi şəhərin ən baxımlı obyektlərindən sayılır. O həm də alpinistlərin məşqi üçün nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər