Küveytin paytaxtında yerləşən İmam Sadiq məscidində cümə namazı vaxtı partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda insan həlak olub, yüzlərlə şəxsin isə yaralandığı bildirilib. Partlayışın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən törədildiyi bildirilib. İlk məlumatlara görə, hadisə yerində 4 nəfərin cəsədi tapılıb. Şahidlər isə 15 nəfərin öldüyünü deyiblər.
Rəsmilər bildiriblər ki, hücum zamanı məsciddə 2 min insan olub.
Samir