Tunisin Sus şəhərində naməlum silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 37-yə çatıb, daha 36 nəfər yaralanıb.
Teleqraf.com-un verdiyi məlumata görə, bu barədə Tunisin Səhiyyə nazirliyi açıqlama yayıb.
Silahlılar “Imperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək oradakı insanları gülləboran edib. Terrorçuların çimərliyə hava ilə doldurulan qayıqla gəldiyi ehtimal edilir. Yerli mənbələr ölənlər arasında Almaniya və Böyük Britaniya vətəndaşlarının olduğunu bildirir.
Nihad