Tunisin Sus şəhərində baş verən terror aktından sonra ölkədə 80 məscidin fəaliyyəti yasaqlanıb.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, buna səbəb kimi məscidlərin cəmiyyətdə nifrət tətbiq etməsi göstərilib. Rəsmilər bu məscidlərin dövlət nəzarətin olmadığını bildiriblər.
Qeyd edək ki, dünən Susda yerləşən hotellərdən birinə edilən hücum zamanı 39 turist öldürülüb, daha 39-u isə yaralanıb. Ölənlər arasında Almaniya, İngiltərə və Belçika vətəndaşları üstünlük təşkil edib.
Hücum görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı öz üzərinə götürüb.
Samir