Ermənistan prezidenti elektrik enerji tariflərinin qaldırılması haqqında qərara qarşı etiraz iştirakçılarına əlavə xərclərin hökumət tərəfindən ödəniləcəyini bildirib və aksiyalara son qoymağı təklif edib.
Altıncı günü Yerevanın mərkəzində Bağramyan prospektində nəqliyyat hərəkətini bağlı saxlayan nümayişçilər Serj Sarkisyanın təklifini qəbul etmir
“Talana yox!” təşəbbüsçü qrupun fəalları prezident Sarkisyanın təkliflərinə bu gün saat 18-də başlanan mitinqdə münasibət bildirəcəklərini deyirlər.
Ermənistan prezidenti nə təklif edir?
Serj Sarkisyan Ermənistan Elektrik Şəbəkələri (EEŞ) şirkətinində audit keçirmək haqqında Rusiya-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının həmsədri Maksim Sokolovla razılıq əldə edildiyini deyib.
Audit başa çatınca və nəticələri məlum olanadək, elektrik enerji tariflərinin qaldırılması haqqında avqustun 1-dən qüvvəyə minən qərar üzrə nəzərdə tutulan təxminən 16 faiz fərqin ödənməsini Ermənistan hökuməti öz üzərinə götürür.
Ermənistan prezidentinin sözlərinə görə, bunun üçün “ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan vəsaitlər” istifadə oluna bilər.
Serj Sarkisyan tariflərin qaldırılması haqqında qərarın yenidən nəzərdən keçirilməsinin ölkənin energetik
sistemi üçün “son dərəcə” təhlükəli olduğunu və belə bir addımın bütün energetik sistemi tənəzzülə uğramaq təhlükəsi qarşısına qoya biləcəyini qeyd edib.
Mitinq: növbəti, yoxsa - son
Toy günü bəylə gəlinin Bağramyan prospektinə gəlməsi də bir dəb olub.“Talana yox!” fəalı Vağinak Şuşanyan prezident Sarkisyanın bəyanatında dediklərinin elektrik enerji qiymətinin artırılması haqqında qərarı ləğv etmək tələbinə aidiyyəti olmadığını deyir. “Nə deməkdir – hökumət yükü öz üzərinə götürəcək? Haradan ödəyəcək? Dövlət büdcəsindən, yenə xalqın cibindən. Belə ki, bu, bizi qane etmir”, - Vağinak Şuşanyan deyib.
Yerevan polis rəisinin müavini Valeri Osipyan tez-tez aksiyanın icazəsiz olduğunu, “bir sıra maddələrin” pozulduğunu xatırladır, lakin, BBC Azərbaycancanın Yerevan müxbirinin dediyinə görə, hələ heç bir dəyişiklik müşahidə olunmur. Hər gün olduğu kimi mitinqdən qabaq burada gəzişən, nəğmə oxuyub, rəqs edənlərə hələ mane olan yoxdur.
Dünən Serj Sarkisyanın bəyanatı yayıldıqdan sonra da, onun prospekti açmaq çağırışına əməl olunmadə.
Eyni zamanda bu gün saat 18-ə gözlənilən mitinqdən qabaq naməlum mənbələr bu axşam saat 23-dən sonra polisin Bağramyan prospektini açmaq üçün əməliyyat tətbiq edəcəyi haqqında şayiələr yayılır.