26 May 2014 12:47
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftənin bazar günü Ukrayna nəhayət yeni liderini seçməyə müvəffəq oldu. Seçkilərin nəticələrinə görə, yeni seçilən prezident Pyotr Poroşenkodur. Bəs görək Poroşenko kimdir və nədən məhz o Ukraynanı idarə edəcək?

Pyotr Alekseyeviç Poroşenko 26 sentyabr 1965-ci ildə Bolqrad şəhərində doğulub. Şevçenko adına universiteti bitirib. "Forbes" jurnalının (2014, mart) rəyinə əsasən, öz varidatına görə Ukrayna varlıları arasında 7-ci yeri tutur (varidatı — $1,3 milyard).

Prezident seçilməzdən öncə Ukraynanın xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti olub.

1998: İlk dəfə olaraq, millət vəkili seçilir.

2005: Milli təhlükəsizlik və müdafiə Şurasının katibi təyin olunur.

2007-2012: Ukrayna Milli Bankının Şura sədri vəzifəsində çalışır.

Siyasi karyerasının ilkin mərhələsində, Poroşenko Ukraynanın Sosial-demokrat partiyasının üzvü idi. O zaman prezident olan Leonid Kuçmaya qarşı ən loyal münasibət bəsləyən məhz bu partiya idi.

2000-ci ildə Poroşenko partiya sıralarını tərk edərək, “Həmrəylik” fraksiyasını yaradır.

Vktor Yuşenkonun prezidentliyi dövründə, Poroşenko MTMŞ-nın katıbı təyin olunur.

Lakin, 2005-ci ildə ölkədə gedən siyasi proseslərin fonunda, Yuşenko “onun etimadı doğrulda bilməyən” Poroşenko vəzifəsindən uzaqlaşdırır.

2006-cı ildə keçirilən parlament seçkilərində Poroşenko yenidən millət vəkili seçilir. Parlamentdə Poroşenko öz yerini tez tapır: o, bankların fəaliyyətinin nəzarəti və maliyyə məsələləri üzrə komitənin sədri seçilir.

2009-cu ildə, Viktor Yuşenko nə vaxtsa dövlət vəzifəsindən uzaqlaşdırdığı Poroşenkonun namizədliyini XİN rəhbəri vəzifəsinə təqdim edir. Ali Rada namizədliyi qəbul edir. Həmin ilin payızında isə, Poroşenko MTMŞ-ya qayıdır.

Poroşenko bəzi siyasətçilərdən fərqli olaraq, ölkənin NATO-ya üzv olmasının tərəfdarı idi. Hələ 2009-cu ildə, Poroşenko hesab edirdi ki, Ukrayna 2-3 il ərzində Alyans üzvü olmaq üçün tam hazır olacaq. Onun fikrinə görə, bunun üçün sadəcə siyasi iradə, cəmiyyətin istəyi və siyasətçilərin dəstəyi lazım idi.
2010-cu ilin yazı Poroşenkon nazirlər kabinetini ilə birgə yeni seçilən prezident Yanukoviç tərəfindən vəzifədən uzaqlaşdırılır.

2011-ci ildə “Seqodnya” (“Bu gün”) qəzeti, Poroşenkonun yenidən Xarici İşlər naziri olacağı ilə bağlı proqnozlar yeridilir. Lakin, biznesmen özü bütün mümkün təklifləri rədd edir.

2012-ci ildə Yanukoviç Poroşenkoya İqtisadi inkişaf naziri postunu təklif edir. Bir neçə görüşdən sonra, prezident biznesmeni vəzifəyə gətirir.

Yenicə Ukraynanın prezidenti seçilən Pyotr Poroşenko, bir neçə şirkətin sahibidir. Onun şirkətləri arasında “Boqdan”, “LAZ”, “Leninskaya kuznya” kimi avtomobil zavodları, və son zamanlar xüsusi ilə qeyd olunan "Roshen" şirniyyat korporasiyasının sahibidir.

Ülviyyə Axundova


Müəllif: